Yusif Tağıyev və başqalarından, Saatlı, Azərbaycan
22 may 2015, 15:20
Möhtərəm cənab Prezident,
Regionlara diqqətiniz sayəsində bir çox problemlərimiz öz həllini tapmışdır. “Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 2015-ci il 1 may tarixli Sərəncamınız bizim hədsiz sevincimizə səbəb oldu. Onminlərlə insanın yaşadığı bir sıra yaşayış məntəqəsini birləşdirən bu yolun rayonumuzun sosial-iqtisadi həyatında rolu olduqca böyükdür.
Əziz Prezidentimiz, buna görə Sizə öz adımızdan və ailə üzvlərimiz adından təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Xalqın xeyri-duası hər zaman yolunuza işıq salsın!
Hörmətlə,
Yusif Tağıyev,
Anar Cəfərxanlı,
Allahverdi Babayev,
Rafət Əsgərov.
Azərbaycan Respublikası, Saatlı rayonu, Qarayevkənd kəndi.