Qurban Qurbanovdan, Gəncə, Azərbaycan
08 iyun 2015, 15:30
Hörmətli cənab Prezident!
Azərbaycanın dünyada tanıdılması istiqamətində görülən və bu gün də davam etdirilən işlərə görə Sizi bağrıma basır və ürəkdən təbrik edərəm.
Belə bir zamanda, özü də qısa müddətdə çox möhtəşəm bir tədbiri ərsəyə gətirdiniz və dünya xalqlarını özünüzə heyran etdiniz. Əminik ki, “Bakı-2015” birinci Avropa Oyunları öz möhtəşəmliyi ilə insanların yaddaşında silinməz izlər buraxacaq.
Əziz Prezidentimiz, Siz Azərbaycanı dünyaya tanıtdınız, xalqımızın başını uca etdiniz. Başınız həmişə uca olsun! Yaşasın Azərbaycan!
Müasir Azərbaycanın banisi, ümummilli liderimiz Heydər Əliyevə və müstəqilliyimizi yaşadan Prezidentimiz İlham Əliyevə eşq olsun!
Hörmətlə,
Qurbanov Qurban Tapdıq oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.