İlham Əliyev I Avropa Oyunlarında idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi “Baku Crystal Hall”da yaradılan şəraitlə tanış olub

08 iyun 2015, 19:15
İlham Əliyev I Avropa Oyunlarında idmanın bir neçə növü üzrə  yarışların keçiriləcəyi “Baku Crystal Hall”da yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı, Heydər Əliyev Fondunun vitse-prezıdenti Leyla Əliyeva iyunun 8-də birinci Avropa Oyunları zamanı idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi “Baku Crystal Hall”da yaradılan şəraitlə tanış olublar.       

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdi.

“Baku Crystal Hall”da birinci Avropa Oyunları zamanı idmanın voleybol, boks, qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışlar keçiriləcək.

Burada voleybol meydançası yüksək səviyyədə yaradılıb. Dörd min tamaşaçı yerlik bu meydança beynəlxalq tələblərə cavab verən ən müasir texniki avadanlıqla təchiz edilib. Meydançada Oyunlar zamanı həm kişi, həm də qadın idmançılar mübarizə aparacaqlar. Ümumilikdə, birinci Avropa Oyunlarında Azərbaycan ilə yanaşı, Belçika, Bolqarıstan, Finlandiya, Almaniya, Fransa, İtaliya, Polşa, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Xorvatiya, Rumıniya, Hollandiya komandaları iştirak edəcəklər.

“Baku Crystal Hall”un müasir səviyyədə qurulması həm də ölkədə idmanın inkişafına göstərilən diqqətin nəticəsidir.

Azərbaycanda idmanın voleybol növünə maraq getdikcə artır. Ölkəmizdə idmanın digər növlərində olduğu kimi, voleybolda da mühüm nailiyyətlər əldə edilib. Azərbaycan Voleybol Federasiyası Beynəlxalq və Avropa Voleybol federasiyalarının, o cümlədən Şərqi Avropa Voleybol Zona Assosiasiyasının üzvüdür.

“Baku Crystal Hall”un boks meydançasında yaradılan şərait də birinci Avropa Oyunları zamanı idmanın bu növü üzrə də yarışların ən yüksək səviyyədə baş tutmasına geniş imkan yaradır. Burada 2600 tamaşaçı yerlik tribuna qurulub. Zalın yaradılması zamanı beynəlxalq idman qurumları, o cümlədən “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin tələbləri yüksək səviyyədə yerinə yetirilib. Burada həm idmançıların, həm məşqçilərin, həm də tamaşaçıların rahatlığı üçün mühüm işlər görülüb. Birinci Avropa Oyunlarında boks üzrə kişilər 10 çəki dərəcəsində, qadınlar isə 5 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

Voleybol və boks meydançalarının “Baku Crystal Hall”un əsas hissəsində yerləşməsi səbəbindən onların arasında xüsusi akustik divar qurulub. Bu isə öz növbəsində yarışlar zamanı idmançılar, məşqçilər və tamaşaçıların rahatlığını təmin etməyə və bir-birinə mane olmamağa imkan verir. Bu cür akustik divarın qurulması beynəlxalq idman federasiyalarının tələblərinə daxildir. 

Zalda yaradılan media mərkəzi də ən müasir səviyyədədir. Burada media nümayəndələrinin normal işləməsi üçün bütün şərait yaradılıb. “Baku Crystal Hall”da “Eurovision” mahnı müsabiqəsi zamanı şərhçilər üçün nəzərdə tutulan otaqlar genişləndirilərək Avropa Oyunları Ailəsi üçün xüsusi istirahət zonalarına çevrilib. Bina yanğın əleyhinə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemləri ilə təchiz olunub. Görülən işlər zamanı binanın intellektual idarəetmə sistemi də tamamilə yenilənib. “Baku Crystal Hall” ilə qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışların olacağı zalı birləşdirmək üçün burada funksional keçid zonası inşa olunub. İkimərtəbəli və 4500 kvadratmetr sahəsi olan bu zonada protokol, Avropa Oyunları Ailəsi, federasiyaların nümayəndə heyətlərinin üzvləri üçün otaqlar və istirahət zonaları yaradılıb. Dopinq yoxlama, tibbi xidmət, idmançıların soyunub-geyinmə, yarışlara hazırlıq və digər xidməti  otaqlar da funksional keçiddə yerləşir.

Birinci Avropa Oyunları zamanı qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışların keçirilməsi məqsədilə yaradılan zalda idmançıların rahatlığı üçün bütün zəruri şərait var. “Eurovision” mahnı müsabiqəsi zamanı Mətbuat Mərkəzi kimi istifadə edilən tikili indi yarışlar üçün tam hazır vəziyyətdədir. Zalın mühüm xüsusiyyətlərindən biri də meydançanın hər 3 idman növünə uyğun şəkildə yenidən qurulmasıdır. Burada taekvondo və karate yarışları zamanı tamaşaçı tutumu 1500, qılıncoynatma yarışlarında isə 1100 olacaq. Qılıncoynatma yarışları zamanı burada beynəlxalq idman qurumlarının tələblərinə uyğun 72 metr uzunluğunda meydança quraşdırılacaq. 

Ümumilikdə, “Baku Crystal Hall”da birinci Avropa Oyunları zamanı keçiriləcək yarışlar üçün yaradılan zalların hamısı Olimpiya Oyunları standartlarına cavab verir. Birinci Avropa Oyunlarında dünyanın bir sıra qabaqcıl idmançıları mübarizə aparacaqlar. 59-u qızıl medal sahibi olmaqla ümumilikdə, 150 Olimpiya medalçısı “Bakı-2015” ilk Avropa Oyunlarına qatılacaq. “Bakı-2015” birinci Avropa Oyunları zamanı bütün dünyanın diqqəti çempion olmaq üçün mübarizə aparacaq qitə idmançılarına yönələcək. Belə tədbirlərdə ilk dəfə çıxış edəcək idmançıları isə birinci Avropa Oyunlarının çempionu titulunu əldə etmək uğrunda böyük rəqabət gözləyir. Ümumilikdə, belə bir tarixi idman tədbirində iştirak etmək bütün idmançıların karyerasında yüksək dönüş nöqtəsi olacaq. İyunun 12-dən 28-dək davam edəcək Oyunlarda mübarizə aparacaq 6 min idmançıdan 200-ə yaxını dünya çempionudur. Bütün bu faktlar Avropa Oyunlarında güclü rəqabətin olacağının və dünya idman ictimaiyyətinin bu Oyunlara böyük əhəmiyyət verməsinin təsdiqidir.

“Baku Crystal Hall”un ətrafında geniş abadlıq işləri də aparılıb. Ərazidə 6 min kvadratmetr asfalt örtüyü yenilənib, o cümlədən 3 min 500 kvadratmetr yeni asfalt örtüyü salınıb. Burada Avropa Oyunları Ailəsi, idmançılar, texniki işçilər və VİP qonaqlar üçün yeməkxanalar yaradılıb. Bundan başqa, ərazidə akkreditasiya, logistika, mühafizə zonaları, “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməkdaşlarının otaqları və digər müvəqqəti qurğular quraşdırılıb. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10