Ramil Məmmədovdan, Bakı, Azərbaycan
11 sentyabr 2015, 12:25
Möhtərəm Prezident!
Bu gün Siz Heydər Əliyev kursunu layiqincə davam etdirirsiniz. Müstəqil Azərbaycanın Prezidenti olmaqla yanaşı, Siz həm də dünya azərbaycanlılarının liderisiniz. Son illər Azərbaycanın qazandığı uğurlar, beynəlxalq aləmdəki nüfuzu Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsi nəticəsində əldə edilib. Ölkəmizin neft strategiyasının hazırlanmasında, bu siyasətin beynəlxalq arenada uğur qazanmasında, bu sahədə müxtəlif layihələrin həyata keçirilməsində Sizin böyük təcrübəniz və uğurlarınız var.
Qətiyyətli və məqsədyönlü fəaliyyətiniz nəticəsində Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunması istiqamətində böyük uğurlar qazanılıb. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olmaqla Siz müasir və çevik siyasətçi kimi bütün dünyada böyük hörmət və nüfuz qazanmısınız. Siz daim xalqın içərisində olur, onun problemlərini şəxsən öyrənirsiniz. Xalqımız Sizin fəaliyyətinizi yüksək qiymətləndirir və Sizi dəstəkləyir. Son 10 ildə bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yoldadır.
Möhtərəm Prezident, mən bir Azərbaycan vətəndaşı kimi fəxr edirəm ki, Sizin kimi Vətənini, xalqını, ordusunu sevən və yaşadan Prezidentimiz var. Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Məmmədov Ramil Ələddin oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.