Fatimə Xəlilovadan, Şirvan, Azərbaycan
Text size
15 sentyabr 2015, 12:35
Hörmətli cənab Prezident!
Nəhayət ki, ən böyük arzularımızdan birinə qovuşduq. Uzun illərdən bəri həsrətində olduğumuz hər cür şəraiti olan, təmirli, müasir məktəbdə təhsil almaq bizə də nəsib oldu. Mən 9-cu sinif şagirdiyəm. Bu məktəbdə hələ iki il təhsil alacağam. Amma sevinirəm ki, məndən sonra bacım bu məktəbdə hələ uzun müddət oxuyacaq.
Çox hörmətli Prezident, təhsilimizə göstərdiyiniz bu böyük qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Xəlilova Fatimə İlqar qızı, 9-cu sinif şagirdi.
Azərbaycan Respublikası, Şirvan şəhəri, Bayramlı qəsəbəsi.