İlham Əliyevin adından Çex Respublikasının Prezidenti Miloş Zemanın şərəfinə rəsmi ziyafət verilib

15 sentyabr 2015, 20:25

Prezident İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Çex Respublikasının Prezidenti Miloş Zemanın şərəfinə rəsmi ziyafət verilib.

Çex Respublikasının Prezidenti Miloş Zemanı bir daha Azərbaycanda salamlayan Prezident İlham Əliyev bu səfərin ölkələrimiz arasında münasibətlərin yaxşı göstəricisi olduğunu bildirdi. İndiyə qədər müxtəlif yerlərdə bir neçə dəfə səmərəli görüşlər keçirdiklərini deyən dövlətimizin başçısı bunun da ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı zəmin yaratdığını diqqətə çatdırdı. “Çexiya bizim üçün strateji tərəfdaşdır”, deyən Prezident İlham Əliyev qeyd etdi ki, həm Çexiya, həm də Azərbaycan ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlığın daha da gücləndirilməsi üçün əlindən gələni edir.

Səfər zamanı əməkdaşlığa dair yeni layihələrlə bağlı müzakirələrin aparıldığını deyən dövlətimizin başçısı onların reallaşacağı təqdirdə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artacağını diqqətə çatdırdı. Prezident İlham Əliyev investisiya, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə toxunaraq qarşılıqlı səfərlərin, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin buna daha da təkan verəcəyini bildirdi. Dövlətimizin başçısı səfər çərçivəsində strateji tərəfdaşlığa dair imzalanan birgə Bəyannamənin əhəmiyyətindən danışdı, onun ikitərəfli münasibətləri daha da möhkəmləndirəcəyini bildirdi.

Çex Respublikasının Prezidenti Miloş Zeman Prezident İlham Əliyevlə görüşündən məmnun qaldığını dedi. O, Azərbaycan dövlətinin başçısı ilə hər bir görüşünün qarşılıqlı anlaşma şəraitində keçdiyini vurğuladı. Çex Respublikasının Prezidenti Azərbaycana ilk dəfə səfər etdiyini və bu səfərin uğurla keçdiyini diqqətə çatdırdı. O, Azərbaycanda müdrikliklə idarə olunan güclü dövlətin bərqərar olmasını, sabitliyin və inkişafın hökm sürməsini yüksək qiymətləndirdi.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45