İlham Əliyev “Ucar Aqro” MMC-nin quşçuluq sənaye kompleksi ilə tanış olub

06 oktyabr 2015, 12:50
İlham Əliyev “Ucar Aqro” MMC-nin quşçuluq sənaye kompleksi ilə tanış olub

Prezident İlham Əliyev “Ucar Aqro” MMC-nin quş kəsimi və broyler fabriklərinin fəaliyyəti ilə tanış olub.

Dövlət başçısına əvvəlcə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Aran iqtisadi rayonunda verilən güzəştli kreditlər barədə məlumat verildi. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirdi ki, indiyədək fond vasitəsilə Aran iqtisadi rayonu üzrə 11 min 400-dək sahibkara 445 milyon manatadək, o cümlədən yeni texnologiyalara əsaslanan 10 logistik mərkəz və 9 taxıl anbarı, 8 iri fermer, 15 quşçuluq, 10 cins heyvandarlıq, 6 istixana, 4 üzümçülük, 4 intensiv bağçılıq təsərrüfatları, 6 çörək, 6 meyvə-tərəvəz, 5 süd və 2 ət emalı zavodları, 1 spirtli içkilər, 5 tikinti materialları və 4 digər istehsal və emal müəssisələri olmaqla ümumilikdə 95 müəssisənin yaradılmasına 263 milyon manatdan çox, həmçinin 10 min 700-dək sahibkara 104 milyon manatadək kiçik həcmli güzəştli kreditlər verilib. İqtisadi rayon üzrə verilmiş kreditlər hesabına 36 min 300-dən çox yeni iş yeri yaradılıb. Ucar rayonu üzrə isə 180 sahibkara 19.5 milyon manat güzəştli kreditlər verilib və bunun hesabına 860-dan çox yeni iş yeri açılıb.

Daha sonra dövlət başçısına quşçuluq sənayesinin ümumi mənzərəsi barədə məlumat verildi.

Məlum olduğu kimi dövlətimizin başçısı tərəfindən təsdiq olunmuş və icrası uğurla davam etdirilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” üzrə nəzərdə tutulan tədbirlərdən biri də sənaye üsulu ilə quş əti və yumurta istehsalının artırılması, respublika əhalisinin quşçuluq məhsullarına olan tələbatının bütövlükdə yerli istehsal hesabına ödənilməsi məqsədilə quşçuluğun kompleks inkişafının təmin edilməsidir. Bu məqsədlə son illər ərzində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə illik istehsal gücü 59.4 min ton quş əti, 132.7 milyon ədəd damazlıq və 183.1 milyon ədəd əmtəəlik yumurta olan 43 quşçuluq təsərrüfatına 121.2 milyon manat dövlətin güzəştli kreditləri verilib. Nəticədə quş ətinin illik istehsalının həcmi 2011-ci ilə nisbətən 2,15 dəfəyədək artaraq 46.6 min tondan 100 min tona, damazlıq yumurta üzrə illik istehsalın həcmi 4 dəfədən çox artaraq 32 milyon ədəddən 132.7 milyon ədədə, quş əti istehsalı 1,4 dəfədən çox artaraq 68.6 min tondan 99.4 min tona, yumurta istehsalı 1 milyard ədəddən 1,6 milyard ədədədək artıb, o cümlədən sənaye üsulu ilə quş əti istehsalı 2,17 dəfə artaraq 29.5 min tondan 64.1 min tona, yumurta istehsalı 2,7 dəfə artaraq 260.2 milyon ədəddən 704.8 milyon ədədə çatıb. Bu, həmin məhsulların idxalının kəskin surətdə azalmasına səbəb olub. Belə ki, quş ətinin idxalı 7,9 dəfə azalaraq 17.4 min tondan 2.2 min tona, yumurtanın idxalı isə 5,3 dəfə azalaraq 291.9 milyon ədəddən 54.7 milyon ədədə düşüb. Bütün bunların nəticəsində ölkənin quş əti ilə özünütəminetmə səviyyəsi 2011-ci ildəki 79.9 faizdən 2014-cü ildə 98 faizə, yumurta üzrə isə 77.4 faizdən 99.7 faizə çatıb.

Bu amillər quşçuluq məhsullarının ixracı üçün də imkanlar yaradıb. Maliyyələşdirilmiş quşçuluq fabrikləri dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətləri tərəfindən ən son texnologiyalar əsasında istehsal olunmuş avadanlıqlarla təchiz edilib.

Sonra dövlət başçısı “Ucar Aqro” MMC-nin müasir kəsim və broyler fabrikləri ilə tanış oldu.

Fabriklərin inşasının 1-ci mərhələsinin dəyəri 28.4 milyon manat olub və bu layihələrə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat dövlətin güzəştli krediti verilib. Rayonun Qazıqumlaq kəndi ərazisində hər biri 35 min baş quş tutumuna malik 25 ferma inşa edilib. Bununla yanaşı, Alpout kəndi ərazisində saatda 6 min baş quş kəsimi gücünə malik müasir quş əti emalı fabriki tikilib. Fabrikdə əsas istehsal prosesi 5 sahədə - kəsim, şoklama, soyutma, bölünmə və qablaşdırma sahələrində aparılır. Kəsim fabrikində elektron idarəetmə paneli olan konveyer xətləri, avtomatik qablaşdırma sistemləri, yuyucu və dezinfeksiyaedici qurğular və s. yardımçı avadanlıqlar quraşdırılıb. Tutumu 200 ton olan soyuducu və şoklama kameraları inşa edilib. Fabrikin illik quş əti istehsalı gücü birnövbəli iş rejimində 9.5 min ton təşkil edir. Müəssisədə 65 çeşiddə istehsal olunan quş əti məhsulları “Mərcan” brendi ilə istehlakçılara təqdim edilir.

Prezident İlham Əliyev fabrikin işçiləri ilə görüşüb söhbət etdi.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra dövlət başçısı quşların yetişdirildiyi müəssisəyə gəldi.

Layihələrin ikinci hissəsi olaraq istehsal gücü saatda 20 ton olan yem zavodunun, illik istehsal gücü 10 milyon ədəd damazlıq yumurta olan fabrikin və yem bazasını təmin etmək məqsədilə 4 min hektar ərazidə müasir iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Azərbaycan Prezidentinin qeyri-neft məhsulları ixracının artırılması və coğrafiyasının genişləndirilməsi siyasətinə uyğun olaraq, quş əti məhsullarının ixracı üçün müəssisə Rusiya Federasiyasının müvafiq qurumlarında akkreditasiyadan keçərək bu ölkənin ərazisinə quş əti məhsullarını ixrac etmək razılığını alıb. Bu da, müəssisəyə imkan verir ki, yaxın perspektivdə quş ətinin ixracına başlasın.

Xüsusi qeyd etmək lazımdır ki, layihənin icrası nəticəsində 240-dan artıq yeni iş yeri açılmış və orta aylıq əmək haqqı 350 manat təşkil edir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35