Nəcməddin Mürvətovdan, Siyəzən, Azərbaycan
07 oktyabr 2015, 14:40
Hörmətli cənab Prezident!
Sizin böyük qayğınız və aparılan səmərəli islahatlar sayəsində ölkəmizin təhsil sistemində çox yüksək nailiyyətlər əldə edilməkdədir. Bu sahəyə göstərdiyiniz yüksək diqqətin nəticəsidir ki, dövlətimiz gələcəyin bilikli və bacarıqlı vətəndaşlarının yetişdirilməsini özünün əsas fəaliyyət prinsiplərindən biri kimi qəbul edib. Məhz bu diqqət və qayğı nəticəsində indi ölkəmizin hər yerində, o cümlədən bizim Siyəzən rayonunda çoxsaylı məktəblər tikilib və ya əsaslı təmir edilib, həmçinin bütün zəruri avadanlıqlarla təmin olunub. Ona görə də təhsil sahəsində uğurlarımız gündən-günə artmaqdadır. Sizin bu sahədə çalışanların əməyini yüksək qiymətləndirməyiniz isə bütün müəllimləri daha əzmlə çalışmağa, ölkəmizin gələcəyinə öz töhfələrini verməyə həvəsləndirir.
Möhtərəm cənab Prezident, Sizin 2015-ci il 2 oktyabr tarixli Sərəncamınızla mən də "Əməkdar müəllim" fəxri adına layiq görülmüşəm. Buna görə Sizə dərin minnətdarlığımı bildirir, ölkəmizin inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Mürvətov Nəcməddin Tacı oğlu.
Azərbaycan Respublikası, Siyəzən rayonu.