Türkan Hüseynovadan, Bakı, Azərbaycan
02 noyabr 2015, 16:55
Hörmətli cənab Prezident!
Bu məktubu yazmaqla qəlbimdə bəslədiyim dərin hörmət və məhəbbət hissini Sizə çatdırmaq istəyirəm. Tarixin çətin sınaqlarından çıxmış Azərbaycan ümummilli lider Heydər Əliyevin müdrikliyi və uzaqgörən siyasəti sayəsində müstəqil dövlət kimi özünü bütün dünyaya tanıtdı. Bu gün Sizin yürütdüyünüz uğurlu siyasət Azərbaycanın necə güclü, qüdrətli dövlət olduğunu beynəlxalq aləmə bir daha sübut etdi.
Möhtərəm Prezident, əminik ki, müdrik və ədalətli siyasətinizlə ümummilli lider Heydər Əliyevin kursunu bundan sonra da uğurla davam etdirəcəksiniz. Uca Rəbbimiz Ulu Öndəri dəfələrlə bəlalardan qoruyub bizə - Azərbaycan xalqına bağışladığı kimi, Sizi də dövlətimizə, millətimizə çox görməsin. Çünki bu xalqın Sizə ehtiyacı var. Azərbaycan Sizin sayənizdə ayaqda durmaqdadır.
Çox hörmətli Prezident, biz Sizi sevirik, Sizinlə fəxr edirik. Siz bizim qəlbimizdəsiniz. Allah Sizi başımızın üstündən əskik etməsin. Qoy, liderliyiniz əbədi olsun, Azərbaycana bundan sonra daha uzun illər rəhbərlik edəsiniz!
Hörmətlə,
Hüseynova Türkan.
Azərbaycan Respublikası, Bakı şəhəri, Mehdiabad qəsəbəsi.