Məhəbbət İmanovdan, Gürcüstan, Tbilisi
06 noyabr 2015, 14:00
Möhtərəm cənab Prezident!
Noyabr ayının 1-də beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə rəhbərlik etdiyiniz hakim Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə Sizi və müdrik Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası Azərbaycanın qüdrətlənməsi və çiçəklənməsi, eyni zamanda, dünyada söz sahibinə çevrilməsi, xalqımızın firavan və xoşbəxt həyat sürməsin istiqamətində mühüm rol oynayır. Azərbaycanın sürətli inkişafı dünya azərbaycanlılarına qürur və sevinc bəxş edir.
Hörməti cənab Prezident, bu seçkilərin demokratik və şəffaf keçirilməsi ilə bir daha dünyaya sübut etdik ki, Azərbaycanda hakimiyyət demokratik prinsiplər üzərində qurulub, eyni zamanda, respublikamız tolerant, dünyəvi ölkədir.
Möhtərəm cənab Prezident, bir daha Sizi və müdrik Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Biz fəxr edirik ki, Heydər Əliyev kimi ümummilli liderimiz, Sizin kimi dünya şöhrətli siyasətçimiz var. Ulu Tanrı Sizi və Odlar Yurdu Azərbaycanı qorusun.
Hörmətlə,
İmanov Məhəbbət.
Gürcüstan Respublikası, Bolnisi şəhəri.