Zakir Əliyevdən, Bakı, Azərbaycan
Text size
28 noyabr 2015, 17:00
Hörmətli Prezident!
Biz - Sabunçu rayonunun sakinləri noyabrın 26-da Nardaran qəsəbəsində bir qrup şəxsin hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərməsini qəti şəkildə pisləyirik. Rayonumuzda din pərdəsi altında gizlənən cinayətkarların tamamilə zərərsizləşdirilmələrini arzu edirik. Bu, bizim dövlətimizə və müstəqilliyimizə vurulan zərbədir.
Bakı şəhəri Sabunçu rayonunun sakinləri Sizin ətrafında bir yumruq kimi birləşiblər və Sizi daim dəstəkləyirlər.
Hörmətlə,
Əliyev Zakir Adil oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.