İlham Əliyevin Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü

03 dekabr 2015, 16:00

Prezident İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Əlaqələrimizin genişləndirilməsi baxımından bu səfərin önəmi xüsusi vurğulandı. Münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.