Vahid Məmmədovdan, Yevlax, Azərbaycan
16 fevral 2016, 18:00
Hörmətli cənab Prezident!
Möhkəm təməllər üzərində qurulan müstəqil Azərbaycanımızın inkişafı və dünya ölkələri arasında öz layiqli yerini tutması, xalqımızın həyat səviyyəsinin yaxşılaşması üçün misilsiz işlər görmüsünüz. Öz Vətəninə, xalqına bağlı olan, ürəyi Azərbaycanla döyünən hər kəs bu işlərin dəyərini çox yaxşı bilir.
Respublikamızın hər bir guşəsi kimi, doğma Yevlaxımız da öz simasını son illər ərzində xeyli dəyişib və gözəlləşib. Şəhərimizdə quruculuq işləri və yeniliklər bir-birini uğurla əvəzləyir.
Möhtərəm cənab Prezident, Sizin və xarici siyasətinizi ürəkdən bəyənir, gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımızı çatdırırıq. Biz həmişə Sizinləyik. Allah Sizi Azərbaycan xalqının başı üstündən əskik etməsin. Amin!
Hörmətlə,
Məmmədov Vahid Əli oğlu.
Azərbaycan Respublikası, Yevlax şəhəri.