Orxan Kəngərlinskidən, Bakı, Azərbaycan
Text size
17 fevral 2016, 15:25
Hörmətli cənab Prezident!
Uzun müddət idi ki, firmamız üçün lisenziya ala bilmirdik. Apardığınız islahatlar nəticəsində lisenziya verilməsi qaydalarının sadələşdirilməsi bizə də müsbət təsirini göstərdi. Bu yaxınlarda firmamıza lazım olan lisenziyanı heç bir çətinlik çəkmədən əldə edə bildik.
İnşaat sektorunda baş verən müsbət meyilləri də qeyd etmək istərdim. Həyata keçirdiyiniz islahatlara görə Sizə minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Kəngərlinski Orxan.
Azərbaycan Respublikası, Bakı şəhəri.