Fuad Əliyev və başqalarından, Gəncə, Azərbaycan
23 fevral 2016, 15:00
Möhtərəm cənab Prezident!
Gəncə şəhərinə hər səfəriniz ziyalılarımız tərəfindən səbirsizliklə gözlənilir. Çünki Sizin gəlişinizlə yeni elm, təhsil, mədəniyyət, istehsal sahələrinin açılışı və təməlqoyma mərasimləri keçirilir.
Xüsusilə İslam dünyasının ən qədim ziyarətgahlarından biri olan “İmamzadə” dini kompleksinin əsaslı surətdə bərpa və təmir edilməsi, Sizin kompleksin açılışındakı dərin məzmunlu nitqiniz respublikamızın bütün sakinləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı.
Dinimizin qorunması və təbliği ilə bağlı görülən işlərin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün bu missiya Sizin rəhbərliyinizlə uğurla davam etdirilir. Bütün bunlar dövlətimizin dinimizə göstərdiyi qayğının bariz nümunələridir.
Möhtərəm cənab Prezident, qədim Gəncə şəhəri milli-mənəvi dəyərlərlə zəngin bir bölgədir və Siz hər gəlişinizdə burada mədəniyyət və incəsənətimizi yaşadan, təbliğ edən binaların bərpasına, tikintisinə xüsusi diqqət göstərirsiniz.
Dünyanı bürüyən iqtisadi və maliyyə böhranına baxmayaraq, şəhərimizin ən gözəl incəsənət və memarlıq abidələrindən biri olan Gəncə Dövlət Filarmoniyasının tikintisinin başa çatdırılması üçün ayırdığınız vəsaitə görə ziyalılarımız adından Sizə təşəkkür edirik.
Şəhərimizin bütün sakinləri bu çətin dövrdə dinimizə və mədəniyyətimizə göstərilən qayğı və diqqəti çox gözəl başa düşürlər. Ölkəmizin dünyada özünə layiqli yer tutması naminə çətin və şərəfli fəaliyyətinizdə Sizinlə birgə olduğumuzu bildiririk.
Dərin hörmətlə,
Əliyev Fuad, AMEA-nın həqiqi üzvü
Məmmədova Siddiqə, AMEA-nın həqiqi üzvü
Həmzəyev Naqif, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı
Kərimzadə Pərvin, fəlsəfə doktoru, Milli Məclisin deputatı Cəfərov İbrahim, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor
Qurbanov Xalid, Gəncə Ağsaqqallar Şurasının sədri, professor
Yusifov Yusif, Gəncə Dövlət Universitetinin rektoru, professor
Süleymanov Akif, Azərbaycan Texnologiya Universitetinin rektoru, professor
Qurbanəliyeva Sevda, professor
Fətəliyev Kamil, professor
Seyidov Allahverdi, professor
Həsənov Zaur, professor
Sadıqov Həsənbala, professor
Mövsümov Elman, professor
Yusifov Nizami, professor
Qocayev Tofiq, professor
Bağırov Bayram, professor
Məmmədov Nurəddin, professor
Fətəliyev Hasil, professor
Nəbiyev Əhəd, professor
Əliyev Mirzə, professor
Novruzov Vaqif, professor
Şərifova Mahirə, fəlsəfə doktoru
Quliyeva Gülsüm, fəlsəfə doktoru
Əlikram Məmmədov, Gəncə Səhiyyə İdarəsinin rəisi
Hüseynov Zakir, Gəncə Təhsil İdarəsinin rəisi
Hacıyev Sənan, Gəncə Mədəniyyət və Turizm İdarəsinin rəisi
Qasımov Əli, Gəncə Dövlət Dram Teatrının direktoru
Haşımova Şahnaz, Gəncə Dövlət Filarmoniyasının direktoru
Quliyeva Ruziyə, fəlsəfə doktoru
Hüseynova Xəzangül, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri
Mirzəyeva Gülçin, Gəncə Musiqi Kollecinin direktoru.
Azərbaycan Respublikası, Gəncə şəhəri.