Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18 mart 2011, 17:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasına yönəlmiş əməliyyat tədbirlərinin həyata keçirilməsində, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əliyev İlqar Mustafa oğlu - polkovnik-leytenant
Əsədullayev Ədalət Hüseyn oğlu - general-mayor
“Vətən uğrunda” medalı ilə
Əhmədov Fuad Ramiz oğlu - mayor
Hüseynov Rüstəm Məhəmməd oğlu - mayor
İbrahimov Rövşən Xudaverdi oğlu - kapitan
Ləzgiyev Akif Əkbər oğlu - polkovnik-leytenant
Məmmədov Səlim İmran oğlu - polkovnik
Seyidov Cavid Mircəfər oğlu - polkovnik-leytenant
“İgidliyə görə” medalı ilə
Camalxanov Zaur Vəli oğlu - mayor
Eyvazov Əbil Məmməd oğlu - mayor
Nuruşov Vüsal Elfrond oğlu - baş leytenant
Süleymanov Elşən Müzəffər oğlu - baş leytenant
“Hərbi xidmətlərə görə” medalı ilə
Əhmədov Ramin Hüseyn oğlu - mayor
Qasımov Mahir Rəhman oğlu - ədliyyə polkovnik-leytenantı
Muxtarov Vüqar Muxtar oğlu - mayor
Mustafayev Saleh Rahid oğlu - mayor
Orucəliyev Elnur Akif oğlu - mayor
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2011-ci il.