Zəlimə Əsədovadan, Tərtər, Azərbaycan
05 mart 2016, 17:30
Möhtərəm cənab Prezident!
Vətən uğrunda şəhid olmuş şəxslərin xatirəsinin əziz tutulması və əbədiləşdirilməsi onların ailə üzvlərinə dövlət qayğısının göstərilməsi xalqın vətənpərvərlik hissini daha dq alovlandırır, ölkə ictimaiyyətində müsbət ictimai rəy formalaşdırır.
Şəhid anası olaraq mən də bu qayğını hiss edir, hər zaman el içində bundan razılığımı bildirirəm. Şəhid oğlum Mahir Əsədovun adını daşıyan küçənin daha da abadlaşdırılması, piyada səkilərinin salınması, işıqlandırma sisteminin quraşdırılması və ən nəhayət küçədə şəhid bulağının tikilərək sakinlərin istifadəsinə verilməsi bizim üçün çox xoş oldu.
Hörmətli cənab Prezident, bütün bunlara görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun.
Hörmətlə,
Əsədova Zəlimə, şəhid anası.
Azərbaycan Respublikası, Tərtər rayonu.