İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

10 mart 2016, 17:20
İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İsrailin sabiq xarici işlər naziri Tsipi Livnini qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulandı. Forumun artıq ənənə halı aldığı və tədbirə olan beynəlxalq marağın ildən-ilə daha da artdığı məmnunluqla qeyd edildi.

Söhbət zamanı müasir dünyada bu cür forumların keçirilməsinin beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması baxımından xüsusi önəm daşıdığı bildirildi.

gallery-photogallery-photo