Aidə Tağızadədən, Hacıqabul, Azərbaycan
04 aprel 2016, 12:00
Hörmətli cənab Prezident,
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası mən və mənim kimi onlarla şagirdin dünyagörüşünün artmasına böyük təsir göstərir. Biz 3 gün davam edən gəzintidə Quba-Qusar-Xaçmaz rayonlarının gəzməli, tarixi, mədəni yerləri, müxtəlif abidələri ilə yaxından tanış olduq. Gəzintimiz zamanı rayon sakinləri tərəfindən səmimi qarşılandıq. Bu cür layihələrin tariximizi öyrənməyimiz baxımından çox əhəmiyyətli olduğunu qeyd etmək istəyirəm.
Layihənin həyata keçirilməsində əməyi olan hər bir kəsə, ilk növbədə, cənab Prezident, Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Tağızadə Aidə Elçin qızı
Azərbaycan Respublikası, Hacıqabul şəhəri.