Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib

05 aprel 2016, 20:05

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

O, cəbhə xəttində erməni işğalçı qüvvələrinin hücumlarının qarşısını qəhrəmancasına alarkən Azərbaycan əsgərlərinin və mülki şəxslərin həlak olması ilə əlaqədar dövlətimizin başçısına və xalqımıza başsağlığı verib və Türkiyə dövlətinin və xalqının daim Azərbaycan dövləti və xalqının yanında olduğunu vurğulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib. Dövlətimizin başçısı Abdullah Gülün Türkiyə Respublikası Prezidenti vəzifəsində çalışdığı illərdə və bu gün də Azərbaycan ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsində böyük rol oynadığını vurğulayıb.

SƏNƏDLƏRSərəncamlar20 iyun 2018
18:00
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Gi...

20 iyun 2018, 18:00