Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamadan

07 iyun 2010, 18:33

Hörmətli cənab Prezident,

Müdafiə naziri Qeytsin Bakıya səfərindən istifadə edərək, ölkələrimiz arasında tərəfdaşlığı dəyərləndirdiyimi bildirmək istəyirəm.

Birləşmiş Ştatlar regional və beynəlxalq təhlükəsizliyə Azərbaycanın verdiyi mühüm töhfəni qiymətləndirir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra ölkənizlə əməkdaşlığımız atanızın rəhbərliyi altında başlamışdır. Ümidvaram ki, biz gələn aylar və illər ərzində münasibətlərimizi genişləndirməyə və dərinləşdirməyə qadir olacağıq.

Bu gün Azərbaycan əsgərləri Əfqanıstanda nümunəvi xidmət göstərir və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (BTYQ) təkrar təchizatın asanlaşdırılması məqsədilə Azərbaycanın yollarını, dəmir yollarını və hava məkanını açmaq qərarınız ölkənizin təhlükəsizlik sahəsində qətiyyətli tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirdi. Enerji sahəsində Cənub dəhlizinin inkişafında Azərbaycanın liderliyi həmçinin regionun çiçəklənməsini gücləndirdi və qlobal enerji təhlükəsizliyini möhkəmləndirdi. Azərbaycanın davamlı surətdə ATƏT-in Minsk qrupu prosesinə sadiq qalması və prezident Sarkisyanla apardığınız mühüm dialoq regional təhlükəsizliyə vacib töhfə verir. Mən, eyni zamanda, inanıram ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik üçün zəruridir və bu nəticənin əldə edilməsinə dəstək Birləşmiş Ştatlar üçün prioritet olacaqdır.

Mənə münasibətlərimizdə ciddi məsələlərin olması məlumdur, lakin əminəm ki, biz onları həll edə bilərik. Nazir Qeytsin bu səfəri və gələcəkdə yüksək səviyyəli səfərlər zamanı biz regional təhlükəsizlik, demokratiya və çiçəklənmə naminə ikitərəfli dialoqu irəliyə doğru aparmaq və əməkdaşlığımızı daha da inkişaf etdirmək imkanlarını araşdıracağıq.

Səmimiyyətlə,

Barak Obama

Amerika Birləşmiş Ştatlarının Prezidenti

SƏNƏDLƏRSərəncamlar25 iyun 2018
21:20
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1094 VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 201...

25 iyun 2018, 21:20
SƏNƏDLƏRSərəncamlar25 iyun 2018
21:06
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1104 VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respubl...

25 iyun 2018, 21:06
SƏNƏDLƏRSərəncamlar25 iyun 2018
19:43
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1097 VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018 ci il...

25 iyun 2018, 19:43
SƏNƏDLƏRSərəncamlar25 iyun 2018
19:37
“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1103 VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respubli...

25 iyun 2018, 19:37
SƏNƏDLƏRSərəncamlar25 iyun 2018
19:25
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1101 VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər e...

25 iyun 2018, 19:25
SƏNƏDLƏRSərəncamlar25 iyun 2018
19:20
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1099 VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ...

25 iyun 2018, 19:20