Rafik Verdiyevdən, Ağcabədi, Azərbaycan
13 aprel 2016, 13:40
Çox hörmətli Prezident, cənab Ali Baş Komandan.
Sizi və bütün Azərbaycanımızı Böyük qələbəmiz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə səadət arzulayıram.
Cənab İlham müəllim, mən Sizin qətiyyətinizi alqışlayıram. Əvvəlcədən Sizə çatdırıram ki, Ağcabədi camaatı Sizin arxanızda həmişə möhkəm dayanınıb. Bunların hamısı mənim ürək sözlərimdir. Müharibə gedən bir zonada olduğumuza görə Ordumuzun qələbəsinə daha çox sevinirik. Xalqı həmişə Sizin ətrafınızda sıx birləşməyə çağırırıq. Allah Sizləri qorusun! Qələbə Bizimlədir!
Çox hörmətlə,
Verdiyev Rafik Şəmil oğlu,
II qrup Qarabağ müharibəsi əlili, baş leytenant.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbə sakini .