Yəhya Tağıyevdən, Bakı, Azərbaycan
Text size
18 aprel 2016, 16:00
Hörmətli cənab Ali Baş Komandan.
Torpaqlarımızın erməni işğalından azad edilməsi üçün Milli Ordumuzun gördüyü qəti tədbirləri, düşmənə layiqli cavab verilməsini alqışlayırıq. Bu istiqamətdə apardığınız daxili və xarici siyasətinizi dəstəkləyirik.
Hörmətli Prezidentimiz, bütün dünya bir daha gördü ki, Azərbaycan xalqının səbri artıq tükənib. Biz hamımız torpaqlarımızın işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirik. Allah şəhidlərimizə də rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq.
Bakı şəhəri Binəqədi qəsəbəsi sakinləri və şəhid ailələri adından hörmətlə,
Tağıyev Yəhya İbrahim oğlu,
182 saylı tam orta məktəbin müəllimi.