Allahverən Poladov və başqalarından, Qazax, Azərbaycan
23 aprel 2016, 19:40
Hörmətli cənab Prezident.
Mənfur qonşularımızın Qazax rayonunun Bağanıs Ayrım kəndinə təcavüzü nəticəsində 1990-cı ildən məcburi köçkün kimi rayonun müxtəlif idarə və müəssisələrdə məskunlaşmışıq. İyirmi beş il idi ki, pis şəraitdə yaşayırdıq. Sizin Sərəncamınızla Qazax rayonunda məcburi köçkünlər üçün qəsəbə tikilərək istifadəyə verildi. Biz də həmin binalarda mənzillə təmin edildik.
Möhtərəm Prezident, bizə göstərdiyiniz qayğıya görə Bağanıs Ayrım kəndi əhalisi adından Sizə və ailənizə dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, Sizin rəhbərliyiniz altında yaxın gələcəkdə öz yurd-yuvalarımıza qayıdacağıq.
Hörmətlə,
Poladov Allahverən Qiyas oğlu,
Adıgözəlov Ramiz Hayqaz oğlu,
Hacıyev Məqsəd İsmayıl oğlu və başqaları (cəmi: 10 nəfər)
Azərbaycan Respublikası, Qazax rayonu.