Arzu Daşpoladova və başqalarından, Salyan, Azərbaycan
27 may 2016, 13:45
Möhtərəm cənab Prezident.
Siz Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında çox böyük işlər görürsünüz. Rəhbərliyiniz dövründə respublikamız inkişaf edib, dünya dövlətləri arasında öz mövqeyini daha da möhkəmləndirib. Siz bütün cəmiyyətə mərdlik və prinsipiallıq nümunəsiniz. Siyasətinizdə ardıcıllıq, diplomatiyanızda məharət beynəlxalq aləmdə Sizə uğur gətirdi.
Cənab Prezident, məhz bütün bunların nəticəsidir ki, Siz 2015-ci ildə “Dünyada ilin adamı” seçildiniz. Bu münasibətlə Sizi təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Daşpoladova Arzu Zülal qızı
Ələsgərova Yaqut Bəylər qızı
Məlikova Məlakə Əlövsət qızı.
Azərbaycan Respublikası, Salyan rayonu.