Küveyt Dövləti Nazirlər Şurasının sədri Cabir əl-Mübarək əl-Həməd əl-Sabahdan
03 iyun 2016, 17:15
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə ən xoş salamlarımızı və səmimi təbriklərimizi çatdırırıq.
Fürsətdən istifadə edərək, Küveyt Dövləti ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan dostluq münasibətlərindən məmnunluğumuzu xüsusi vurğulayır, ikitərəfli əlaqələri daha da möhkəmləndirmək və ölkələrimiz arasındakı əməkdaşlıq sahələrini dost xalqlarımızın mənafeyi naminə daha da genişləndirmək niyyətimizi bildiririk.
Zati-alinizə bir daha öz səmimi təbriklərimizi yetirir, Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və çiçəklənmə arzulayırıq.
Ən xoş arzularla,
Cabir əl-Mübarək əl-Həməd əl-Sabah
Küveyt Dövləti Nazirlər Şurasının sədri