Təranə Səmədova və başqalarından, Salyan, Azərbaycan
Text size
04 iyun 2016, 12:20
Hörmətli cənab Prezident!
“Dünyada ilin adamı” seçilməniz münasibətilə Salyan rayonu A.Bağırov adına Seyidsadıqlı kənd tam orta məktəbin kollektivi adından Sizi təbrik edir, gündən-günə gözəlləşən, yeniləşən müasir Azərbaycan naminə apardığınız daxili və xarici siyasətdə uğurlar arzulayırıq.
İnanırıq ki, Sizin qüdrətiniz, müdrik siyasətiniz nəticəsində əbədi və əzəli torpaqlarımız olan Dağlıq Qarabağ işğaldan azad ediləcək və bütün Azərbaycan xalqı həmin günü Sizinlə birlikdə bayram edəcəkdir.
Salyan rayonu Seyidsadıqlı kənd orta məktəbin kollektivi adından dərin hörmətlə,
Səmədova Təranə və başqaları (cəmi: 25 nəfər)
Azərbaycan Respublikası, Salyan rayonu.