İraq Respublikasının Prezidenti Fuad Məsumdan
Text size
06 iyun 2016, 17:30
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi İraq xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Fürsətdən istifadə edərək, İraq Respublikasının ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əlaqələri xalqlarımızın mənafeyi naminə inkişaf etdirmək və möhkəmləndirmək istəyini bir daha təsdiq edirəm.
Cənab Prezident, Sizə cansağlığı və uğurlar, dost Azərbaycan xalqına xeyir və bərəkət arzulayıram.
Dərin hörmət və minnətdarlıqla,
Fuad Məsum
İraq Respublikasının Prezidenti