İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb

06 iyun 2016, 22:15

Prezident İlham Əliyev Berlində Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Münxen Təhlükəsizlik Konfransı arasında yaxşı əməkdaşlığın olduğu bildirildi. Ölkəmizin Konfransın işində hər zaman fəal olduğu vurğulandı. Azərbaycanın dünyada təhlükəsizliyin təmin olunması işinə verdiyi töhfənin əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttində törətdiyi təxribat, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında geniş fikir mübadiləsi aparıldı.