Bayram Səmədov və Fatma Səmədovadan, Bakı, Azərbaycan
11 iyul 2016, 14:50
Hörmətli cənab Prezident!
“Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” 2016-cı il 13 iyun tarixli Sərəncamınız ailəmizə böyük sevinc bəxş etdi. Çünki həmin Sərəncamda bir çox gənclərlə yanaşı, oğlumuz – gözdən əlil uşaqlar üçün 38 nömrəli 11 illik musiqi məktəbinin məzunu, respublikanın bir sıra müsabiqələrinin qalibi və laureatı, hazırda Azərbaycan Milli Konservatoriyasının birinci kurs tələbəsi Səmədli Soltanın da adı var.
Əziz Prezidentimiz, gənc istedadlara göstərdiyiniz diqqət və qayğıya, onlara verdiyiniz böyük dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ömrünüz uzun olsun!
Hörmətlə,
Səmədov Bayram Cümşüd oğlu
Səmədova Fatma Müzəffər qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.