Dilsuz Muradovdan, Gədəbəy, Azərbaycan
14 iyul 2016, 15:50
Hörmətli cənab Prezident.
Respublikamızda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri bir vətəndaş kimi məni qəlbdən sevindirir. Yaşadığımız Gədəbəy rayonu da son illər ərzində öz görkəmini dəyişib və gözəlləşib. Rayonumuzda bir neçə məktəb binası, uşaq bağçası tikilib istifadəyə verilib. Yolların, körpülərin, sosial və inzibati binaların təmiri və tikintisi, su və kanalizasiya xəttinin çəkilməsi, istirahət parklarının salınması insanların əhval-ruhiyyəsini yaxşılaşdırır, firavan həyatını təmin edir.
Möhtərəm Prezident, bu illər ərzində biz Sizin yüksək təşkilatçılıq bacarığına malik, yaradıcı dövlət başçısı olduğunuzu gördük. Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk. Allah Sizi xəta-bəladan qorusun, Azərbaycan xalqının başı üstündən əskik etməsin.
Hörmətlə,
Muradov Dilsuz Müseyib oğlu.
Azərbaycan Respublikası, Gədəbəy rayonu, Dəyirmandağ kəndi.