Zəfər Əliyevdən, Minsk, Belarus
Text size
19 iyul 2016, 13:00
Hörmətli cənab Prezident.
Vətəndən uzaqda yaşamağıma baxmayaraq, ürəyimdə Sizə olan hörmətim və sevgim tükənməzdir. Allah Sizi var etsin, bu millətin başının üstündən əskik etməsin. Çox sağ olun ki, milli ənənələrimizə sahib çıxırsınız, türkçülüyümüzü qoruyursunuz.
Cənab Prezident, mən Sizi bir rəhbər kimi çox sevirəm və hər zaman Sizinlə qürur duyuram. Sevinirəm ki, bizim Sizin kimi müdrik Prezidentimiz var.
Belarusda yaşayan bir azərbaycanlı kimi öz adət-ənənələrimizi burada təbliğ edir və bu xalqa tanıdıram.
Bir daha çox sağ olun.
Hörmətlə,
Əliyev Zəfər Şiraz oğlu.
Belarus Respublikası, Minsk şəhəri.