Hacı Mikayıl Zeynalovdan, Bakı, Azərbaycan
10 sentyabr 2016, 12:10
Hörmətli cənab Prezident,
Dövlətinə, xalqına və Ulu Öndərin ideyalarına sadiq olan qədim Biləsuvar torpağına səfəriniz sağlam əqidəli biləsuvarlılar üçün əsil bayrama çevrildi. Qaynar qazanı xatırladan, barıt qoxulu çağdaş dünyamızda Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət sayəsində əldə etdiyimiz ən böyük nemət müstəqilliyimiz və çoxlarının qısqanclıqla yanaşdığı ictimai-siyasi sabitlikdir.
Xalqımız müdrik xalqdır. Bu xalq heç bir zaman xarici və daxili mürtəce qüvvələrin iblis niyyətlərinə uymaz, şər və böhtanlarına aldanıb onların sosial bazasına çevrilməz.
Cənab Prezident, uzun illər xəyallarımızda yaşatdığımız, vaxtilə bizə əlçatmaz görünən bir arzunu Ulu Öndər reallaşdırdı, müstəqil Azərbaycan dövlətini qurdu. Siz isə onu göz bəbəyi kimi qoruyursunuz. Bu misilsiz xidmətinizə görə Sizə minnətdarlığımızı bildiririk. Əmin olun ki, ölkəmizə qarşı yönəlmiş hər bir təhdid qarşısında sinəmiz alınmaz qala, keçilməsi mümkün olmayan sədd olacaqdır.
Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Hacı Mikayıl Zeynalov
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.