Lətif Nəbiyevdən, Sumqayıt, Azərbaycan
20 sentyabr 2016, 13:30
Hörmətli Prezident,
“Sumqayıt Tikinti-Quraşdırma Tresti-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi Sizin müdrik daxili və xarici siyasətinizin fəal müdafiəçisidir.
Biz Sizin daxili siyasətinizə böyük önəm veririk. Vətəndaşlara qayğı göstərmək, onlara xidmət etmək məqsədilə yaradılan “Asan xidmət” mərkəzləri bunun bariz nümunəsidir. Əvvəllər tikinti işlərini yerinə yetirmək üçün lisenziya alarkən müəyyən çətinliklərlə və vaxt itkisi ilə üzləşirdik. Lakin Sizin göstərişinizə əsasən Sumqayıt şəhərində yaradılan “Asan xidmət” mərkəzi ilə İqtisadiyyat Nazirliyinin birgə fəaliyyəti nəticəsində müəssisəmiz heç bir əlavə təsir olmadan qısa müddət ərzində lisenziya almışdır.
Cənab Prezident, vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya görə müəssisənin rəhbərliyi Sizə dərin təşəkkürünü bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayır.
Hörmətlə,
Nəbiyev Lətif Süleyman oğlu
“Sumqayıt Tikinti-Quraşdırma Tresti-1” MMC-nin direktoru
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi.