Əlipənah Bayramov və başqalarından, Lerik, Azərbaycan
14 oktyabr 2016, 13:20
Möhtərəm cənab Prezident,
Son on üç ildə respublikamızda baş verən fundamental dəyişikliklər, inkişaf və modernləşmə prosesi sayəsində ictimai-siyasi həyatın demokratikləşməsi strategiyası uğurla reallaşdırılır. Dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən Azərbaycan siyasi sistemin təkmilləşdirilməsi, xalqın mənafeyinə uyğun sosial-iqtisadi islahatlar, çevik idarəçilik mexanizmi, uzaqgörən xarici siyasət nəticəsində beynəlxalq aləmdə söz sahibinə çevrilib.
Möhtərəm cənab Prezident, sentyabrın 26-da Konstitusiyamıza əlavə və dəyişikliklərlə bağlı referendumun şəffaf, ədalətli keçirilməsi, xalqımızın mütərəqqi islahatların davam etdirilməsinə “hə” deməsi cəmiyyətin Sizin ətrafınızda sıx birləşməsinin bariz nümunəsidir. Biz leriklilər də Azərbaycanda yeniləşmənin, demokratik inkişafın fasiləsiz bir proses olduğuna, Zati-alinizin rəhbərliyi altında aparılan islahatların ölkəmizin daha da qüdrətlənməsinə yönəldiyinə ürəkdən inanır, bu xoş amal uğrunda daim Sizin siyasətinizi dəstəkləyəcəyimizi əminliklə bildirir və bu yolda Sizə daha böyük uğurlar arzulayırıq. Allah Sizi qorusun.
Lerik rayon sakinləri adından dərin hörmətlə,
Bayramov Əlipənah
Qənbərov Elxan
Talıbov Hümbətəli
Baxşıyev Zəfər
Haşımov Fərman və başqaları (cəmi 45 imza).
Azərbaycan Respublikası, Lerik rayonu.