Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli 1504 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011─2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

18 oktyabr 2016, 18:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli 1504 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 409; 2014, № 5, maddə 477, № 9, maddə 1027; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 avqust tarixli 1023 nömrəli, 7 sentyabr tarixli 1033 nömrəli fərmanları) ilə təsdiq edilmiş “2011─2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci bəndin birinci abzasının birinci cümləsindən “, aktivlərin idarəedilməsi şirkətlərinin” sözləri çıxarılsın və ikinci cümlədə “broker, diler” sözləri “əsas və yardımçı investisiya xidmətləri (əməliyyatları)” sözləri ilə əvəz edilsin.

2. 5-ci hissə üzrə:

2.1. 1.9-cu bəndin “Tədbirin adı” sütununda “Bazarın peşəkar iştirakçılarının” sözləri “Bazarda lisenziyalaşdırılan şəxslərin” sözləri ilə əvəz edilsin;

2.2. 6.3-cü bəndin “Tədbirin adı” sütununda “Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları” sözləri “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2016-cı il.

SƏNƏDLƏRSərəncamlar21 iyun 2018
18:00
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi–Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu ...

21 iyun 2018, 18:00
SƏNƏDLƏRSərəncamlar20 iyun 2018
18:00
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Gi...

20 iyun 2018, 18:00