İlham Əliyev Qazax rayonuna səfərə gəlib

19 oktyabr 2016, 09:15
İlham Əliyev Qazax rayonuna səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident İlham Əliyevə abidənin ətrafında salınan Heydər Parkında aparılan abadlıq-quruculuq işləri, həmçinin son illərdə rayonda həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi.

gallery-photogallery-photogallery-photogallery-photo