İlham Əliyev ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı general Dunkan Mak Nabbı qəbul etmişdir
Text size
13 may 2011, 12:00
Prezident İlham Əliyev ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı general Dunkan Mak Nabbın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.