Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatı

15 may 2011, 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva mayın 15-də Eldar Qasımov və Nigar Camala telefonla zəng edərək, onları Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı, “Eurovision - 2011“ mahnı müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə təbrik etmiş və bu istedadlı gənclərə yeni-yeni uğurlar arzulamışlar. 

Prezident İlham Əliyev və Mehriban xanım gənclərimizin Avropanın 43 ölkəsinin təmsilçiləri arasında birinci yer tutmasını Eldar və Nigarın qələbəsi olmaqla yanaşı, eyni zamanda, dövlətimizin və xalqımızın böyük uğuru olduğunu vurğulamışlar.

Eldar Qasımov və Nigar Camal təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmiş, qələbəyə aparan yolda onlara daim göstərilən dəstəyə, diqqət və qayğıya görə təşəkkür etmişlər. 

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45