İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib

02 dekabr 2016, 11:20
İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib

Prezident İlham Əliyev “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.

Qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Sizi Azərbaycanda yenidən görməkdən çox şadam, xoş gəlmisiniz. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Mən elə bu gün əvvəlki görüşlərimizi xatırlayırdım. Biz hər il görüşürük və bu görüşlər də həm bizim münasibətlərimiz üçün, həm də Rusiya-Azərbaycan münasibətləri, Qafqazda sabitlik, təhlükəsizlik üçün böyük əhəmiyyət daşıyır. Mənə bizim tarixi məscidlərimizin bərpadan sonra açılışında sizin iştirak etməyiniz çox xoşdur. Bu da həmrəyliyin, bizim dostluğumuzun göstəricisidir. Təbii ki, Şimali Qafqaz respublikalarını və Azərbaycanı böyük dostluq tarixi, qarşılıqlı hörmət, qarşılıqlı dəstək birləşdirir. Mən şadam ki, bu gün bu əlaqələr Qafqaz respublikaları arasında bütün səviyyələrdə, o cümlədən də dini liderlər arasında davam edir. Bu, Qafqaz müsəlmanlarının birliyini möhkəmləndirir və həmçinin dünya müsəlmanlarına bizim birlikdə olmağımızın vacibliyi üçün bir nümunədir. Biz müsəlman ölkələrində müsəlmanların bir-birini qırmasına, qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik. Düşünürəm ki, bizim praktiki işlərimizin və rəsmi bəyanatlarımızın nümunəsi hamı üçün yaxşı dərs olmalıdır. Biz öz fəaliyyətimizlə nəinki Qafqaz regionunda münasibətlərimiz çərçivəsində birliyi möhkəmləndiririk, həm də Azərbaycan dünyada bütün müsəlmanların həmrəyliyi üçün böyük işlər görür. Biz fəxr edirik ki, Bakıdan sonra artıq Azərbaycanın ikinci şəhəri Naxçıvan 2018-ci il ərzində ISESCO tərəfindən ona təqdim edilən İslam dünyasının mədəniyyət paytaxtı adını şərəflə daşıyacaq. Bu, əlbəttə ki, bizə, bizim fəaliyyətimizə olan hörmətin əlamətidir. Biz də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal işləyirik. Bu il İslam Əməkdaşlıq Təşkilatının Sammiti keçirildi. Tədbirdə Azərbaycanın İslam həmrəyliyindəki roluna dəstək bir daha vurğulandı. Həmçinin dünyanın bütün müsəlmanları bu ilin aprelində erməni təcavüzünü pisləyiblər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə kontakt qrupu yaradıblar.

Bu il sona yaxınlaşır. İlin əvvəlində biz 2016-cı ili “Multikulturalizm ili” elan etmişdik. Bugünkü konfransın mövzusu da Qafqazda multikulturalizmə, həmçinin Azərbaycanda bu sahədə əldə etdiyimiz nailiyyətlərə həsr olunub. Bu il bir çox mühüm tədbirlərin keçirilməsi ilə əlamətdar oldu. Onlardan ən əhəmiyyətlisi əlbəttə ki, Bakıda keçirilən və bütün dünyanın görkəmli nümayəndələrini toplayan BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu oldu. Biz bir daha nümayiş etdirdik ki, multikulturalizm millətindən, dinindən asılı olmayaraq yaşayır və yaşamalıdır və bütün insanlar dinc yaşamaq hüququna malikdirlər.

Bu il ölkəmizdə daha bir mühüm hadisə baş verdi. Bu, dünya katoliklərinin rəhbəri Roma Papasının Azərbaycana rəsmi səfəri idi. O, Katolik Kilsəsində ibadət etdi, sonra Heydər Məscidini ziyarət etdi, mötəbər şeyxlə, eləcə də digər dini konfessiyaların rəhbərləri ilə görüşü oldu. Roma Papası buradan, Bakıdan bütün dünyaya yaxşı mesaj göndərdi. Yəni, bizim multikulturalizm sahəsində əldə etdiyimiz nailiyyətlər bütün dini aləmdə layiqincə dəyərləndirilib.

Əlbəttə ki, şəxsən mənim və ölkəmiz üçün ötən il möhtərəm şeyximizlə müqəddəs yerləri - Məkkəni, Mədinəni yenidən ziyarət etməyimiz, mənə bir daha müqəddəs Kəbədə ibadət etmək və Mədinədə Peyğəmbərin məzarını ziyarət etmək xoşbəxtliyi şərəfi qismət oldu. Bu, hər bir müsəlman üçün xoşbəxtlikdir. Təbii ki, bu cür hadisələr bizim doğru yolda olduğumuzu nümayiş etdirir. Mən sizin - Qafqazın nüfuzlu liderlərinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bu gün ağsaqqal sözü həmişəkindən daha əhəmiyyətlidir. Sizin fəaliyyətiniz də təhlükəsizliyə, Rusiyanın Qafqaz respublikalarının inkişafına doğru aparır. Həm də Rusiya-Azərbaycan birgə münasibətlərini möhkəmləndirir. Çünki artıq dəfələrlə qeyd etdiyim kimi, Rusiya və Azərbaycan Qafqaz ölkələridir, biz qonşuyuq, yaxşı qonşuyuq və dostluğumuzu da davam etdirəcəyik. Bir daha xoş gəlmisiniz, tez-tez gəlin.

Sonra Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl BERDİYEV çıxış edərək dedi:

-Mən ilk növbədə istərdim ki, Sizə Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması üçün etdiklərinizə görə minnətdarlığımı bildirim. Bu münaqişə baş verəndə, inanın, mənim ürəyim ağrıyırdı. Müsəlman ölkəsi olan Türkiyə ruhən bizə doğmadır. Buna görə də çox ağır idi. Sizin bu məsələdə fəaliyyətiniz həlledici oldu. Atanızın müdrikliyi Sizə də keçib, inanın. Siz bu işi gördünüz, buna görə Sizə “Çox sağ ol” deyirik. Ən başlıcası isə xidmətlərinizin qiymətini böyük Allahdan alacaqsınız. İnşallah, Sizin həyatdakı savabınız bu, olacaq.

Atanızın vəfatının ildönümü yaxınlaşır. Biz həqiqətən onunla fəxr edirdik. Sovet dövründə də onunla iftixar hissi keçirirdik. O vaxt Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunda müsəlmanın olması nadir hadisə idi. İnanın, biz bununla fəxr edirdik. Dünən biz Fəxri xiyabanda idik, dua edirdik. Biz bunu təkcə burada olanda deyil, həmişə, öz evimizdə olanda da edirik.

Möhtərəm şeyxülislam həmişə bizimlədir. O, Sizin sayənizdə daim bizə baş çəkir. Bax, bu multikulturalizm bizdə də mövcuddur. Şeyxülislam vaxtilə də demək olar bütün respublikalarda müsəlmanların qurultayını keçirir, özü də iştirak edirdi, hamı da bu barədə danışırdı. Bu, həqiqətən çox dəyərli işlər idi. Elə alındı ki, Sovet İttifaqı dağıldı, dövlətlər arasında sərhədlər yarandı. Bizdə isə bu, yoxdur. Bizim ağsaqqalımız məhz odur. O isə bütün bunları Sizin sayənizdə edir. Kömək etdiyinizə görə çox sağ olun. Həqiqətən də çox mühüm məsələdir.

İnsan yaxşı iş görəndə qəlbində sözlə ifadə oluna bilməyən sevinc duyur. Bu, əsl cənnət sevincidir. İnşallah, bu sevinci duyanlara görə Sizə təşəkkür edirəm. Atanızın fəaliyyəti, ümumiyyətlə, ölkəni xilas etdi. Biz Elçibəyin vaxtında da burada olmuşuq, baxmışıq. Müqayisə etməli çox şeylər var. İndi tamam başqa vaxtdır. Azərbaycan tamam başqa ölkədir. Siz ötən ilin yayında Avropa Oyunlarını keçirdiniz. Bəli, şeyxülislam deyir ki, indi isə İslam ölkələrinin Oyunları keçiriləcək. Ümid edirəm ki, biz də iştirak edəcəyik.

Prezident İlham Əliyev: Əlbəttə, mütləq. Avropa Oyunlarında olduğu kimi, siz mənim qonaqlarımsınız.

Müfti İsmayıl Berdiyev: Sağ olun, çox sağ olun. Dünən Qafqaz Xalqları Ali Dini Şurasının iclasını keçirdik. Şeyxülislam bizim ağsaqqalımız idi. Onun müdrikliyi həqiqətən də kömək edir. Bax, bu müdriklik ona Sizin atanızdan keçib. Çünki o, onunla birlikdə çox olub.

Prezident İlham Əliyev: Çox sağ olun.

Müfti İsmayıl Berdiyev: Budur, bizim iclasımızdan Sizə hədiyyə etmək istərdik. Mən eşitdim ki, tezliklə ad gününüz olacaq.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Müfti İsmayıl Berdiyev: Əgər müsaidə edərsinizsə.

Prezident İlham Əliyev: Əlbəttə.

Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev Prezident İlham Əliyevə hədiyyə təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35