İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

15 dekabr 2016, 10:30
İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photo