İlham Əliyev Perunun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

09 yanvar 2017, 11:05

Prezident İlham Əliyev Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Manuel Santiaqo Markoviç Monasinin etimadnaməsini qəbul edib.

Səfir Luis Manuel Santiaqo Markoviç Monasi fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Luis Manuel Santiaqo Markoviç Monasi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Luis Manuel Santiaqo Markoviç Monasi Peru Respublikasının Prezidenti Pedro Pablo Kuçinskinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin gücləndirilməsi ilə bağlı əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün çox yaxşı fürsət yarandığını dedi. Perulu diplomat iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq mədəni əlaqələri genişləndirməyin və xalqlarımızın bir-birini yaxından tanımalarının zəruriliyini vurğuladı. Siyasi və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin önəmini qeyd edən dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, xüsusilə ticarət və turizm sektorlarında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün imkanların araşdırılmasının vacibliyini diqqətə çatdırdı, ölkələrimizin istehsal etdikləri müxtəlif məhsulların qarşılıqlı ixracının mümkünlüyünü bildirdi.

Dövlət başçısı Peru Respublikasının Prezidenti Pedro Pablo Kuçinskinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Peru dövlətinin Prezidentinə çatdırmağı xahiş etdi.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45