Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

16 may 2017, 20:43

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 497; 2009, № 6, maddə 419; 2011, № 6, maddə 498) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci hissədə “İcra Aparatı” sözləri “Administrasiyası” sözü ilə, “Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.

2. 6-cı hissədə və 10.2-ci bənddə “orqanları” sözü “orqanı” sözü ilə əvəz edilsin.

3. 10.6-cı bənddə “sonuncu attestasiyanın tarixi və nəticələri” sözləri “xidməti fəaliyyətinin qiymətləndirilməsinin, sonuncu attestasiyasının tarixi və nəticələri, habelə sertifikatları barədə məlumatlar” sözləri ilə əvəz edilsin.

4. 12-ci hissədə “dövlət orqanına” sözləri “dövlət qurumuna” sözləri ilə əvəz edilsin.

5. 13-cü hissədə və 14-cü hissədə (hər iki halda) “dövlət orqanlarına” sözləri “dövlət orqanına və qurumuna” sözləri ilə əvəz edilsin.

6. 15-ci hissədə “Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya” sözləri “Dövlət İmtahan Mərkəzinə” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2017-ci il.

SƏNƏDLƏRSərəncamlar21 iyun 2018
18:00
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi–Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu ...

21 iyun 2018, 18:00
SƏNƏDLƏRSərəncamlar20 iyun 2018
18:00
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Gi...

20 iyun 2018, 18:00