Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçdan

30 may 2017, 18:32

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu xoş fürsətdən istifadə edərək dost Azərbaycan xalqına Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan rifah və inkişaf arzu edirəm.

Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə xalqlarımız üçün ümumi maraq kəsb edən müxtəlif sahələrdə getdikcə möhkəmlənən tərəfdaşlıq və dostluq əlaqələrini yüksək qiymətləndirir.

Mən qəti əminəm ki, hərtərəfli əməkdaşlığımızın, xüsusilə də ölkələrimizin potensialını reallaşdırmaq üçün iqtisadi əməkdaşlığımızın intensivləşdirilməsinə birgə səylərimizlə töhfə verməyə davam edəcəyik.

Şadam ki, Xorvatiya Respublikasına rəsmi səfərə gəlmək barədə dəvətimizi qəbul etmisiniz. Əminəm ki, keçən ilin oktyabr ayında mənim Azərbaycana rəsmi səfərimdən sonra Sizin bu səfəriniz dostluq və gələcək əməkdaşlığımız üçün yeni stimul olacaq.

Ümidvaram ki, tezliklə Sizi Xorvatiya Respublikasında qarşılamaq şərəfinə nail olacağam. Sizə dərin ehtiramımı və səmimi salamlarımı çatdırmaq istərdim.

Hörmətlə,

 

Kolinda Qrabar-Kitaroviç

Xorvatiya Respublikasının Prezidenti

SƏNƏDLƏRSərəncamlar21 iyun 2018
18:00
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi–Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu ...

21 iyun 2018, 18:00
SƏNƏDLƏRSərəncamlar20 iyun 2018
18:00
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Gi...

20 iyun 2018, 18:00