Makedoniya Respublikasının Prezidenti George İvanovdan

09 iyun 2017, 18:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram. Ölkənizin daha da firavanlaşmasını, vətəndaşlarınızın rifahının yüksəlməsini səmimi qəlbdən arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli dostluq əlaqələrindən məmnunluğumu ifadə etmək istəyirəm. Ən yüksək səviyyədə siyasi dialoq ölkələrimizin gələcək inkişafının və əməkdaşlığının xüsusən iqtisadiyyat, enerji, mədəniyyət, elm və təhsil kimi qarşılıqlı maraq doğuran sahələrdə dərinləşməsini təmin edən əsas amillərdir. Əminəm ki, əməkdaşlığımız və əldə olunmuş siyasi əlaqələrimiz qarşıdan gələn dövrdə birgə səylərimizlə daha sürətlə inkişaf edəcəkdir.

Cənab Prezident, Sizə gələcək illərdə də uğurlu fəaliyyət, şəxsi həyatınızda xoşbəxtlik və cansağlığı arzulayıram. Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

George İvanov

Makedoniya Respublikasının Prezidenti

SƏNƏDLƏRSərəncamlar20 iyun 2018
18:00
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Gi...

20 iyun 2018, 18:00