Vüsal İbrəhimovdan, Hacıqabul, Azərbaycan
16 iyun 2017, 14:30
Hörmətli cənab Prezident,
Sizin Azərbaycan xalqı qarşısında xidmətlərinizi sözlə ifadə etmək çətindir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və hər zaman xalqımızın maraqlarını əks etdirən siyasət Sizin sayənizdə bu gün uğurla davam etdirilir. Siz hər zaman xalqımızın dəstəyinə arxalanaraq həm daxili, həm də xarici siyasətinizdə milli maraqlarımızdan çıxış edirsiniz. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirləri və oyunları çox diqqətlə izləyirəm. Ən əsası da Sizin bu tədbirlərdəki çıxışlarınızda xalqın iradəsini əks etdirən məqamlara toxunmağınız məni çox sevindirir.
Mən neftçiyəm və ölkəmizdə keçirilən XXIV Beynəlxalq Xəzər Neft və Qaz sərgisində Sizin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın çıxışlarınızı diqqətlə dinlədim. Bu gün Azərbaycanda neft-qaz sənayesinin inkişafı məhz ulu öndərimiz Heydər Əliyevin siyasi iradəsi və qətiyyətli mövqeyi əsasında formalaşıb. Bu gün dünyada baş verən çətin və böhranlı siyasi vəziyyətdə Sizin uzaqgörən siyasətiniz və yüksək idarəçilik bacarığınız sayəsində Azərbaycanın milli sərvəti olan neft və qazın dünya bazarlarına çıxarılması, xalqın rifahının yüksəldilməsi istiqamətində fəaliyyətiniz göz önündədir. Xalqımız bunu görür və bununla fəxr edir.
Cənab Prezident, Sizə uzun və sağlam ömür arzu edirəm. Siz bu xalq üçün əvəzedilməz Prezidentsiniz.
Hörmətlə,
İbrəhimov Vüsal İbrəhim oğlu
Azərbaycan Respublikası, Hacıqabul rayonu, Abdulabad kəndi.