Azərbaycan-Serbiya sənədləri imzalanmışdır

08 iyun 2011, 18:10

Prezident İlham Əliyevin və Prezident Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olmuşdur.

“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın və Serbiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vuk Yeremiç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”i Azərbaycanın və Serbiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vuk Yeremiç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın iqtisadiyyat və regionların inkişafı naziri Neboyşa Çiriç imzaladılar.

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Serbiya Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın təhsil və elm naziri Jarko Obradoviç imzaladılar.

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Serbiya Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın gənclər və idman naziri xanım Snejana Samardziç-Markoviç imzaladıllar.

“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Serbiyanın ətraf mühit, mədən sənayesi və ərazi planlaşdırması naziri Oliver Duliç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın mədəniyyət, mətbuat və informasiya cəmiyyəti naziri Predraq Markoviç imzaladılar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Serbiya Respublikasının Kənd Təsərrüfatı, Ticarət, Meşəçilik və Su Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri Duşan Petroviç imzaladılar.

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Serbiya Respublikasının İqtisadiyyat və Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın iqtisadiyyat və regionların inkişafı naziri Neboyşa Çiriç imzaladılar.

“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının İnfrastruktur və Energetika Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın infrastruktur və energetika naziri Miluitn Mrkonyiç imzaladılar.

“Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Serbiya Respublikasının İnfrastruktur və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Serbiyanın infrastruktur və energetika naziri Miluitn Mrkonjiç imzaladılar.

“Azərbaycan Respublikasının Mülki Aviasiya Administrasiyası və Serbiya Respublikasının Mülki Aviasiya Direktorluğu arasında Anlaşma Memorandumu”nu “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və Serbiyanın mülki aviasiya direktoru Neboyşa Starçeviç imzaladılar. 

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45