Azərbaycan-Sloveniya sənədləri imzalanmışdır

09 iyun 2011, 21:40
Azərbaycan-Sloveniya sənədləri imzalanmışdır

Prezident İlham Əliyevin və Prezident Danilo Türkün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Sloveniya sənədlərinin imzalanması mərasimi olmuşdur.

“Sloveniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlığa dair Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Sloveniyanın xarici işlər naziri Samuel Jboqar imzaladılar.

“Sloveniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Sloveniyanın iqtisadiyyat naziri xanım Darya Radiç imzaladılar. 

gallery-photogallery-photogallery-photo