Zahid Şaliyevdən, Bakı, Azərbaycan
14 avqust 2017, 14:20
Hörmətli cənab Prezident,
Azərbaycan iqtisadiyyatı ilə bağlı həyata keçirdiyiniz islahatlar, qəbul etdiyiniz qərar və sərəncamlar ölkəmizin gələcək iqtisadi inkişafından xəbər verir. Biz iqtisadçı kimi Sizin tapşırıqlarınızı şərh etdikcə görürəm ki, qərar və sərəncamlarınızdakı əlaqəlilik və ahəngdarlıq həqiqətən də işlərin kompleks şəkildə idarə edildiyini göstərir. Məhz kiçik və orta sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi, ixracyönümlü istehsalın dəstəklənməsi və subyektlərarası iqtisadi münasibətlərin nağdsız dövriyyəyə salınması ilə bağlı verdiyiniz qərarlar xüsusi əhəmiyyət daşıyır. Bu gün hər bir Azərbaycan vətəndaşı yaradılmış bu əlverişli iqtisadi şəraitdən yararlanmalı, öz əməyi və kapitalı ilə apardığınız islahatlara dəstək olmalıdır.
Məmur özbaşınalığı və korrupsiyaya qarşı apardığınız məqsədyönlü siyasət cəmiyyətdə dövlət-vətəndaş münasibətləri kontekstində böyük inam hissi yaradıb. Ölkədə yaradılmış münbit investisiya mühiti təkcə yerli deyil, həm də xarici səhmdarların diqqətini də çəkməkdədir. Aparılan islahatların regionlarda və xüsusən sadə insanların arasında təbliğ etməyə böyük ehtiyac vardır. Bu istiqamətdə biz iqtisadçıların üzərinə böyük yük düşür ki, biz də təbliğat işlərini cəmiyyətdə böyük ruh yüksəkliyi ilə həyata keçiririk və bu işləri özümüzə borc bilirik.
Cənab Prezident, dövlətçiliyimizin güclənməsi, xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz islahatlarda hər zaman Sizin yanınızdayıq. Uğurlar, cənab Prezident!
Hörmətlə,
Şaliyev Zahid Fərman oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.