İlham Əliyev Azərbaycan və Almaniya voleybolçularının oyununa baxıb

29 sentyabr 2017, 19:40

Avropa çempionatının dörddəbir final mərhələsində Almaniya yığması üzərində inamlı qələbə qazanan Azərbaycan milli komandası yarımfinala yüksəlib.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada qadın voleybolçularımız 3:0 hesabı ilə qələbə qazanıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan və Almaniya voleybolçularının oyununa baxıblar.

Milli komandamız birinci setin əvvəlində hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirərək qalib gəlib - 25:20. Görüşün ikinci setində Azərbaycan yığması əldə etdiyi üstünlüyü sona qədər qoruyub saxlayaraq, böyük fərqlə qələbə qazanıb - 25:18. Qarşılaşmanın üçüncü seti də inamlı oyun nümayiş etdirən voleybolçularımızın qələbəsi ilə başa çatıb – 25:21.

Beləliklə, dörddəbir finalda Almaniya millisini 3:0 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan komandası Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli komandamızın qələbəsini alqışlayıblar.

Azərbaycan voleybolçuları yarımfinalda Niderland millisi ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatının “A” qrupunda keçirdiyi sonuncu görüşdə də Almaniya yığması ilə qarşılaşmışdı. Həmin matçda voleybolçularımız 3:1 hesabı ilə qalib gəlmişdilər.

SƏNƏDLƏRSərəncamlar17 iyul 2018
18:35
“Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqti...

17 iyul 2018, 18:35
SƏNƏDLƏRFərmanlar17 iyul 2018
18:30
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1770 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlə...

17 iyul 2018, 18:30